“Qalatasaray” zədəli futbolçuları ilə bağlı açıqlama yayıb

05.09.2026

Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qalatasaray” futbolçuları Viktor Osimhen, Mario Lemina və Vilfrid Sinqonun vəziyyəti ilə bağlı açıqlama yayıb.

Apasport.az xəbər verir ki, Türkiyə Super Liqasının IV turunda “Başakşehir”lə keçirilən qarşılaşmada (3:2) sağ adduktor (qasıq) əzələ qrupunda dartılma və ağrı aşkarlanan Viktor Osimhen və Mario Lemina müalicəyə cəlb olunublar.

Hər iki futbolçunun MRT də daxil olmaqla əlavə müayinələri sabah tamamlanacaq.

Məşq zamanı sağ dizinin arxa nahiyəsindən zədə alan Vilfrid Sinqonun isə MRT də daxil olmaqla bütün zəruri müayinələri aparılıb.

Müayinələrin nəticəsinə əsasən, futbolçunun sağ budunun biseps femoris əzələ qrupunda vətər və əzələni əhatə edən zədə, həmçinin qanama aşkarlanıb. Oyunçunun müalicəsinə başlanılıb.

UEFA-dan “Fənərbaxça” futbolçularına cəza - “Roma”matçında iştirak edə biləcək “Beşiktaş”dan yeni transfer “Fənərbaxça”da ayrılıq - RƏSMİ Talişka BƏƏ klubunda - RƏSMİ “Qarabağ”ın sabiq futbolçusu Şotlandiyada ayın yaxşısı seçildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью