futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müqavilə ilə “Çelsi”yə məxsus olan, icarə əsasında “Milan”da çıxış edən Joao Feliks karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.
O, adı açıqlanmayan iki ərəb klubunun portuqaliyalı hücumçunun xidmətindən yaxından maraqlandığını bildirib.
Feliksin adı daha öncə “Qalatasaray”la hallanırdı. 25 yaşlı hücumçu bu mövsüm “Milan”da 11 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.