“Qalatasaray”a məğlubiyyətdən sonra istefa verdi

22.12.2024

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Kayserispor"un prezidenti Əli Çamlı "Qalatasaray"a məğlubiyyətdən sonra istefa verib.

QOL.az xəbər verir ki, o, Türkiyə mətbuatına açıqlamasında deyib: 

“Bizlərə “rəhbərlik istefa versin” deyənlər rahat olsunlar. İstefa verdim. Bizə söyənləri Allaha həvalə edirəm”.

Qeyd edək ki, Türkiyə superliqasının 17-ci turu çərçivəsində keçirilən “Kayserispor” - “Qalatasaray” matçında meydan sahibləri 1:5 hesabı ilə məğlub olublar. Beləliklə, "Kayserispor" turnir cədvəlində 15 xalla (16 oyun) 17-ci yerdədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью