“Qalatasaray”a mövsüm öncəsi şok

14.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qalatasaray"ın əsas simalarından olan Lukas Torreyra klubdan ayrıla bilər.

“Yeni Sabah” xəbər verir ki, 30 yaşlı dayaq yarımmüdafiəçisi təhlükəsizliyi ilə bağlı yaranan ciddi problem səbəbindən İstanbul nəhəngindən ayrılmağı düşünür.

Belə ki, bu ilin mayın 12-də İstanbuldakı ticarət mərkəzlərindən birində bir nəfər Torreyraya hücum edib və həmin şəxs daha sonra həbs olunub. Lakin bu həftənin çərşənbə günü azadlığa çıxan təcavüzkar futbolçunun sürücüsünə yaxınlaşaraq yenidən təhdid edib. Pepperoni pizza

Hadisədən sonra Türkiyə polisi dərhal hərəkətə keçərək həmin şəxsin axtarışına başlayıb.

Qeyd edək ki, L. Torreyra 2022-ci ildən "Qalatasaray" forması geyinir. O, ardıcıl qazanılan 4 çempionluqda vacib rol oynayıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью