“Qalatasaray”a Osimhen müjdəsi Qayıdacağı tarix bəlli oldu

22.09.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalatasaray”ın zədəli futbolçusu Viktor Osimhenin durumunda müsbət irəliləyiş var.

Apasport.az xəbər verir ki, “Sabah” nəşrinin məlumatına görə, nigeriyalı hücumçunun müalicə və reabilitasiya prosesi plan üzrə davam edir.

Osimhen sentyabrın əvvəlində “Başakşəhər”lə Super Liqa matçında sağ qasıq nahiyəsindən zədələnib. “Qalatasaray” həmin vaxt futbolçunun sağ adduktor əzələ qrupunda gərginlik və ağrı olduğunu açıqlayıb.

Son məlumatlara əsasən, 27 yaşlı forvardın milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra meydana qayıtması gözlənilir. Osimhenin oktyabrın 9-da keçiriləcək “Qalatasaray” – “Kasımpaşa” qarşılaşmasında iştirak edə biləcəyi bildirilir.

Qeyd edək ki, Osimhen zədələnməzdən əvvəl “Qalatasaray”ın heyətində “Başakşəhər”lə görüşdə də fərqlənmişdi.
 

İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq Fransa millisində 50 ildən sonra ilk – 31 yaşında debüt çağırışı De la Fuente millidə qaldı - RƏSMİ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью