“Qalatasaray”a Osimhenlə bağlı pis XƏBƏR

19.11.2025

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qalatasaray"ın aparıcı hücumçusu Viktor Osimhen zədələnib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubun Mətbuat Xidmətinin yaydığı məlumata görə, futbolçuya edilən geniş tibbi müayinələr nəticəsində onun sol budun arxa hissəsində yerləşən dördbaşlı əzələsində orta dərəcəli gərginlik və qanaxma müəyyən edilib.

Osimhenin meydanlardan nə qədər müddət uzaq qalacağı hələ açıqlanmayıb.

Qeyd edək ki, İstanbul nəhəngini 1 dekabrda çətin "Fənərbağça" səfəri gözləyir və hücumçunun derbiyə yetişib-yetişməyəcəyi sual altındadır.

Tural
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью