Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qalatasaray” bu yay “Real”ın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqanı transfer etmək üçün ciddi cəhd göstərib.
QOL.az “Matteo Moretto”ya istinadən xəbər verir ki, Madrid klubu 23 yaşlı futbolçunun satılması variantını nəzərdən keçirməyə və onunla bağlı təklifləri dinləməyə hazır olub. Lakin Kamavinqa özü komandadan ayrılmaq istəməyib və “Real”da qalmaq qərarına gəlib.
“Qalatasaray”ın fransalı futbolçu üçün təxminən 50 milyon avro təklif etməyə hazır olduğu bildirilib. Ancaq Kamavinqanın imtinasından sonra danışıqlar davam etdirilməyib.
Kamavinqa 2021-ci ildə 31 milyon avro qarşılığında “Renn”dən “Real”a keçib. Onun Madrid klubu ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.
Yarımmüdafiəçi 2025/26 mövsümündə “Real”ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.