“Qalatasaray”a şad xəbər: Osimhenin dönüş tarixi məlum oldu

22.09.2026

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin “Qalatasaray” futbol komandasının hücumçusu Viktor Osimhenin yaşıl meydanlara dönüş tarixi müəyyənləşib.

İdman.Biz xəbər verir ki, Nigeriya millisinin üzvünün müalicə prosesi müsbət gedir və onun milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra komanda ilə məşqlərə başlaması gözlənilir.

Osimhen Türkiyə Super Liqasının dördüncü turunda “Başakşəhər”lə qarşılaşmanın 33-cü dəqiqəsində zədələnib. Hücumçu bu səbəbdən “Kocaelispor” və “Trabzonspor”la çempionat matçlarını, həmçinin Çempionlar Liqasında “Sportinq”lə görüşü buraxıb.

Məlumata görə, 27 yaşlı futbolçunun oktyabrın 9-da “Qalatasaray”ın “Kasımpaşa”nı qəbul edəcəyi Super Liqa matçında yenidən meydana çıxması planlaşdırılır.

Qeyd edək ki, Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində keçirdiyi dörd oyunda altı qol vurub və iki məhsuldar ötürmə edib. O, zədəsi səbəbindən Nigeriya millisinin heyətindən də çıxarılıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью