“Qalatasaray”a uduzdular, Kartal çempionluqdan danışdı

27.10.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal “Qalatasaray”la derbidən sonra komandasının çıxışını dəyərləndirib.

Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis uğursuz nəticəyə görə azarkeşlərdən üzr istəyib.

“Azarkeşlərimizin qarşısında günahımızı yumaq istəyirik. Mövsümün başa çatmasına hələ çox vaxt var. Qarşıda bizi çoxlu oyun gözləyir. Unutmaq olmaz ki, bu derbilər mövsümün ikinci yarısında da keçiriləcək. Derbidə qalib gəlmədən də çempion olmaq mümkündür. Əvvəllər belə hallar yaşanıb. Bu mövsüm biz də çempion ola bilərik”.

Kartal “Qalatasaray”la xal fərqinin aradan qaldırılmasının mümkün olduğunu vurğulayıb:

“Çox məyusuq. Azarkeşlərimizdən üzr istəyirik. Nəticədə “Qalatasaray”la aramızda 6 xal fərq var. Üçxallıq sistemdə bu, aradan qaldırılması mümkün olmayan fərq deyil. Pis oynadıq. Bu barədə çox danışmağa da ehtiyac yoxdur”.

Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

De la Fuente zirvədə - İLİN ƏN YAXŞI BAŞ MƏŞQÇİSİ SEÇİLDİ İlin ən yaxşı gənc futbolçusu seçildi – ardıcıl üçüncü dəfə İstanbul derbisində sevinən tərəf “Qalatasaray” oldu - YENİLƏNİB Mbappe “Qızıl top”da tarixi rekorda imza atıb “Komo” bombardiri ilə müqaviləni yenilədi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью