Qalatasarayda ayrılıq Bu futbolçu klubu tərk edir

18.11.2024

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qalatasaray"ın futbolçusu Victor Nelsson klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İspaniyanın "Real Betis" klubu danimarkalı müdafiəçini heyətinə qatmaq istəyir.

Nelsson da komandadan ayrılmaq istəyir.

"Qalatasaray" ilə müqaviləsi 2026-cı ilə qədər davam edən 26 yaşlı futbolçunun cari bazar dəyəri 16 milyon avro olaraq göstərilir.

2021-ci ildən bu yana "Qalatasaray" formasını geyinən Nelsson "sarı-qırmızılılar"la çıxdığı 136 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью