Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
“Fənərbaxça” - “Qalatasaray” matçından əvvəl qonaqların cəbhəsində böhran yaşanıb.
Metbuat.az xəbər verir ki, “Qalatasaray”da bəzi məlumatların klubdan sızması məşqçi Okan Buruk və rəhbərliyin xoşuna gəlməyib. “Milliyet” qəzetinin məlumatına görə, zədəli oyunçuların məşqə qatılması xəbəri sosial mediada yayılıb. Bildirilir ki, derbi barədə detalların paylaşılması “Qalatasaray” rəhbərliyini hərəkətə keçirib. Məlumata görə, obyekt işçilərinə xəbərdarlıq edilib, giriş-çıxışlar nəzarətə alınıb və məlumat axını minimuma endirilib. Rəhbərlik narahatlıqlarını “Qalatasaray”da baş verən hər şey mediada əks olunur, “Fənərbaxça”da isə heç bir detal sızmır deyərək ifadə edib.
Qeyd edək ki, “Fənərbaxça” - “Qalatasaray” matçı 1-1 hesabı ilə yekunlaşıb.