“Qalatasaray”da ciddi itki

02.12.2024

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyə Super Liqasının 14-cü turunda “Eyüpspor”la oyunda zədələnən “Qalatasaray”ın futbolçusu Abdülkərim Bardakcının durumu açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb. Türkiyə mətbuatı futbolçunun 1 ay yaşıl meydanlardan kənarda qalacağını yazıb.

Qeyd edək ki, Bardakçı bu mövsüm “Qalatasaray”da ümumilikdə 20 oyuna çıxıb. 2 qol vurub və 2 qol ötürməsi edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью