“Qalatasaray”da ciddi itki derbini buraxacaq

23.11.2025

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Qalatasaray” ciddi itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Vilfred Sinqo zədələnib. Cinah oyunçusu Super Liqanın XIII turunda “Gənclərbirliyi” ilə matçda xəsarət alıb.

Sinqonun 1-2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Müdafiəçi Super Liqanın növbəti turunda “Fənərbaəça” səfərində meydana çıxmayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью