Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qalatasaray”ın portuqaliyalı hücumçusu Rafael Leaonun zədəsinin vəziyyətinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi mətbuat xidməti məlumat yayıb.
Türkiyə Super Liqasının XI turunda “Amedspor”la keçirilən qarşılaşmada zədələnərək meydanı tərk edən futbolçu tibbi müayinədən keçib.
Maqnit-rezonans tomoqrafiyasının (MRT) nəticəsində Leaonun sağ budunun arxa əzələ qrupunda yüksək dərəcəli dartılma və qanaxma aşkarlanıb.
Klubun açıqlamasına əsasən, portuqaliyalı futbolçunun müalicəsinə başlanılıb.
Qeyd edək ki, 27 yaşlı hücumçunun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb.
Konseysao “Fənərbaxça”ya niyə gəlmədi? – Səbəb bəlli oldu “Qalatasaray”a Osimhen şoku – 3 həftə oynamayacaq Emre Belözoğlu “Fənərbaxça” ilə rəsmi müqavilə imzaladı Mourinyo: “Komandanın maraqları Vinisiusdan üstündür” Türkiyə millisinin heyəti açıqlanıb