“Qalatasaray”da ciddi İTKİLƏR

09.12.2024

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itkilər baş verib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin futbolçuları Viktor Osimhen və Barış Alper Yılmaz sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 

Hər iki oyunçu Super Liqanın 15-ci turunun "Sivasspor"la oyununda zədələnib.


Osimhen ayaq əzələsindən zədə alıb. Barış Alperin durumu isə daha ciddidir.
Rəqib futbolçu Rey Manayın sərt müdaxiləsindən sonra 24 yaşlı vingerin diz bağları və topuğundan xəsarət alıb. Futbolçuların yaşıl meydanlara qayıdışı müalicə prosesindən asılı olacaq.
Qeyd edək ki, "Qalatasaray" 12 dekabr tarixində Avropa Liqası Liqa fazasının 6-cı turu çərçivəsində səfərdə "Malmö"nün qonağı olacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью