“Qalatasaray”da Lemina sevinci Komanda ilə məşqlərə başladı

02.10.2026

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

“Qalatasaray” Türkiyə Super Liqasının VII turunda “Kasımpaşa” ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Kemerburqaz Metin Oktay bazasında növbəti məşqə çıxıb.

Hazırlıq isinmə hərəkətləri ilə başlayıb. Daha sonra futbolçular iki qrup halında ötürmə çalışmalarını yerinə yetiriblər. Baş məşqçi Okan Burukun rəhbərliyi altında keçirilən məşq taktiki tapşırıqlarla başa çatıb.

Komanda üçün sevindirici məqam Mario Leminanın sıraya dönməsi olub. Zədəsini sağaldan yarımmüdafiəçi artıq kollektivlə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, “Qalatasaray” bu gün Bakı vaxtı ilə saat 18:30-da Türkiyə I Liqa təmsilçisi “Pendikspor”la səfərdə yoxlama oyunu keçirəcək.

Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get" Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu Bundesliqada ayın oyunçusu müəyyənləşib - 4-cü dəfə Qana millisində ayrılıq - BAŞ MƏŞQÇİ İSTEFA VERDİ
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью