“Qalatasaray”da qalmaqal Vitse prezident istefa verdi

01.11.2026

Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Qalatasaray” klubunun vitse-prezidenti Metin Öztürk vəzifəsindən istefa verib.

Apasport.az xəbər verir ki, klub rəsmisi bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Öztürk oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında fiziki hücuma məruz qaldığını və mərhum anasının təhqir edildiyini bildirib.

O, baş verən hadisələrə görə istefa qərarı verdiyini açıqlayıb:

“Oktyabrın 27-də keçirilən idarə heyətinin iclasında fiziki hücuma və mərhum anama qarşı təhqirə çevrilən hərəkətləri qəbul etməyə nə "Qalatasaray" tərbiyəm, nə də valideynlərimdən aldığım tərbiyə imkan verir”.

Metin Öztürk bu gündən etibarən “Qalatasaray”ın idarə heyətindən və kluba bağlı şirkətlərdə tutduğu bütün rəhbər vəzifələrindən ayrıldığını bəyan edib.

“Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro! İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib” Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью