Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq. Türkiyə superliqasında 17-ci turun oyunları davam etdirilir.
QOL.az xəbər verir ki, bu gün lider “Qalatasaray” turnir cədvəlində son sıralarda olan “Kayserispor”un qonağı olub.
Oyun “sarı-qırmızılılar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qonaqların 2 qolunu nigeriyalı Viktor Osimhen, digər 2-sini Barış Alper Yılmaz vurub.
“Kayserispor” - “Qalatasaray” - 1:5 Qollar: Viktor Osimhen, 4-pen.
(0:1), Baoken, 14 (1:1), Barış Alper Yılmaz, 29 (1:2), Yunus Akgün, 51 (1:3), Viktor Osimhen, 71 (1:4), Barış Alper Yılmaz, 87 (1:5) 16 oyundan 44 xalı olan “Qalayasaray” liderliyini qorumaqdadır.
İkinci yeri isə 16 oyundan 34 xal toplayan “Fənərbaxça” tutur. “Kayserispor” 16 oyundan 15 xalla 16-cıdır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.