“Qalatasaray”dan Abdülkerimə jest: Həm maaş, həm də...

05.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Qalatasaray” Abdülkerim Bardakcı ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, İstanbul klubu təcrübəli müdafiəçinin maaşını artırmağa hazırlaşır.

HT Spor-un məlumatına görə, “sarı-qırmızılar” Abdülkerimin hazırkı müqaviləsini yeniləyəcək. Futbolçunun məvacibində ən azı 50 faiz artım olunacağı bildirilir.

“Qalatasaray” rəhbərliyi komandanın əsas yerli futbolçularından biri olan 31 yaşlı müdafiəçini heyətdə saxlamaq və onu daha önəmli fiqurlardan birinə çevirmək istəyir.

Mauro İkardinin komandadan ayrılacağı halda Abdülkerim Bardakcının “Qalatasaray”ın birinci kapitanı ola biləcəyi də qeyd olunur.

Qeyd edək ki, Abdülkerim Bardakcı 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir.

Vikinqlər dünya çempionatına yollanır: ƏNƏNƏYƏ SƏDAQƏT Yakiroviçdən Acuna transfer mesajı – “12-15 oyunçu lazımdır” “Beşiktaş”da İtalyano dövrü – Yeni baş məşqçi İstanbula gəlir “Merihi açıqlayır, klub satmayacağıq deyir” – Aziz Yıldırımdan sərt sözlər Semenyodan Qana etirafı – “Heç vaxt geri çevirməzdim”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью