Qalatasaraydan ayrılıb bu kluba keçdi | Icma.az
Qol.az saytına istinadən Icma.az xəbər verir. Bu ilin iyun ayında "Qalatasaray"dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub.
QOL.az xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək.
O, yüksək liqa təmsilçisi "Sparta Rotterdam"la 1+1 illik müqavilə imzalayıb. Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə "Qalatasaray"da çıxış edib.
O, İstanbul klubunda 62 oyunda 3 qol vurub, 5 qol ötürməsi edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu