“Qalatasaray”dan çempionluq yolunda vacib 3 xal

17.02.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Rizespor"un qonağı olub. Görüş "sarı-qırmızılılar"ın üstünlüyü ilə başlayıb. Hesab ikinci yarıda açılıb.

Viktor Osimhen komandasını önə çıxarıb. Çox keçmədən Ali Sou bərabərlik topunu vurub. Buna baxmayaraq, Osimhen dublunu rəsmiləşdirərək "Qalatasaray"a vacib qələbə qazandırıb - 2:1.

Qeyd edək ki, İstanbul təmsilçisi 63 xalla turnir cədvəlinə liderlik edir. Komanda ən yaxın izləyicisi "Fənərbaxça"nı 6 xal qabaqlayır.

Premyer Liqa: “Yunayted” “Tottenhem”lə bacarmadı “Sevilya”dan darmadağın “Fənər”dən inamlı qələbə “Fiorentina” evdə, “Empoli” səfərdə məğlub oldu Super Liqa: Autsayderdən evdə qələbə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью