Qalatasaraydan çətin qələbə, Eyüpspordan darmadağın

04.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyə Super Liqasında XVIII tur davam edir.

Apasport.az xəbər verir ki, bu gün daha 3 matç baş tutub.

Lider "Qalatasaray" da növbəti oyununa çıxıb. Komanda "Göztepe"ni qəbul edib. 

Görüşdə hesabı meydan sahibləri açıb. Viktor Osimhen penaltini dəqiq yerinə yetirib. Lakin çox keçmədən qonaqlar hesabı bərabərləşdirməyi bacarıblar. Romulo Kardozo komandasını sevindirib. Matçın ikinci yarısında "sarı-qırmızılar" yenidən önə keçiblər. Yunus Akgün "Cimbom"a qələbə qazandıran topun müəllifi olub - 2:1.

Türkiyə Super Liqası
XVIII tur

"Qalatasaray" - "Göztepe" 2:1
"Adana Demirspor" - "Başakşehir" 0:1
"Antalyaspor" - "Eyüpspor" 1:4

Udinedə 4 qol vuruldu, qalib müəyyənləşmədi “İnter”dən böyükhesablı qələbə “Tottenhem”, “Çelsi” və “Mançester Yunayted” məğlub olub "Mançester Siti" yenə xal itirdi “Adana Demirspor”dan növbəti qələbə, “Başakşehir” xal itirdi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью