“Qalatasaray”dan daha bir qələbə Yeni Sabah

11.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Türkiyə Superliqasının 12-ci turu çərçivəsində lider “Qalatasaray” evində “Samsunspor”u qəbul edib. Məhsuldar keçən oyun meydan sahiblərinin 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.

Yenisabah.az Türkiyə mediasına istinadən xəbər verir ki, “sarı-qırmızıların” qollarını Viktor Osimen (2) və Batuşayi vurub. Qonaqların heyətində isə hər ikisi penaltidən olmaqla, Nitkam və Benasser fərqlənib.

Bu qələbə ilə xallarının sayını 31-ə yüksəldən “Qalatasaray” liqanın şəriksiz lideridir. “Samsunspor” isə 25 xalla 3-cüdür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью