Qalatasaraydan Fənərbaxçaya 8 qol!

27.12.2024

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Son dönəmlərdə ''Fənərbaxça''dan üstün görünən və ardıcıl 3-cü çempionluğuna doğru şığıyan ''Qalatasaray'' uşaq futbolunda da əzəli rəqibinə sarsıdıcı zərbələr vurur.

Belə ki, dünən Türkiyənin U-17 liqasında ''Qalatasaray'' ''Fənərbaxça''nı qəbul edib. ''Florya Mətin Oktay'' bazasındakı meydançada keçirilən qarşılaşmada ''Cim-Bom'' rəqibini 8:1 hesabı ilə darmadağın edib!
''Fənər'' yeganə qolu 0:7 geridə olarkən vurub. ''Qalatasaray'' bu tarixi qələbə ilə xalını 34-ə yüksəltdi. ''Fənərbaxça''nın 28 xalı var. Lider ''Trabzonspor''un aktivində 38 xal var. Amma trabzonlular 1 oyun artıq keçiriblər.
ƏLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью