“Qalatasaray”dan hücumçu həmləsi Kolo Muani üçün hərəkətə keçir

04.06.2026

Icma.az bildirir, Apasport portalına istinadən.

“Qalatasaray” hücum xəttini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi PSJ-nin futbolçusu Randal Kolo Muani ilə maraqlanır.

“Milliyet”in məlumatına görə, “sarı-qırmızılılar” fransalı hücumçunun keçidi üçün hərəkətə keçməyə hazırlaşır. Klubun yaxın günlərdə transferin şərtlərini öyrənəcəyi gözlənilir.

Kolo Muaninin PSJ-dəki gələcəyi qeyri-müəyyən olaraq qalır. “Qalatasaray” PSJ-də heyətdə düşünülməyən və "gözdən çıxarılan" futbolçunu uyğun məbləğ qarşılığında öz sıralarına qatmaq istəyir.

Qeyd edək ki, Randal Kolo Muani 2025/2026 mövsümünü icarə əsasında “Tottenhem”də keçirib. Fransalı hücumçu London klubunun heyətində Premyer Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Rikelme Haaland iddiasından geri çəkilmir – “Prezident olsam, “Real”da oynayacaq” Sobozlai ən yaxşı adına layiq görüldü: İLK DƏFƏ Sadettin Saran 2 il 6 ay həbs cəzasına məhkum edilib "Arsenal"ın yeni transfer hədəfi: BARKOLA ÜÇÜN 80 MİLYON AVRO Dünya çempionatında su qadağası: FİFA-dan yeni qərar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью