Qalatasaraydan İkardinin həbsi ilə bağlı AÇIQLAMA

14.11.2024

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

"Qalatasaray" klubu argentinalı futbolçu Mauro İkardi barədə yayılan xəbərlə bağlı açıqlama yayıb.

Oxu.Az xəbər verir ki, sarı-qırmızılı klubun rəsmi sosial media hesabından edilən açıqlamada bu ifadələr yer alıb: "Peşəkar futbolçumuz Mauro İkardi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Oyunçumuz Argentinadakı evində dincəlir. İdmançımızı mənən əzmək məqsədi daşıyan bu xəbərlərə diqqət yetirməməyinizi xahiş edirik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью