Qalatasaraydan inanılmaz antirekord: İlk komandadır ki...

03.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Superliqasının 14-cü turunun “Qalatasaray” – “Eyupspor” matçında (2:2) antirekord qeydə alınıb.

Publika.az xəbər verir ki, “sarı-qırmızılılar” 2022-ci ildən bəri hesablanan statistikaya əsasən matçda 10 real qol şansı yaradan və hamısını əldən verən ilk komanda olub. Bu barədə "Sofascore" məlumat yayıb.

Bu mövsüm Qalatasaray 13 turdan sonra 35 xalla liderdir. Ən yaxın təqibçisi "Fənərbağça"nın isə 32 xalı var.

Heybət

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью