“Qalatasaray”dan kritik qələbə

25.01.2025

Icma.az, Apasport saytına istinadən bildirir.

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün lider “Qalatasaray” meydana çıxıb.

Komanda “Konyaspor”la qarşılaşıb. Görüşdə hesabı Viktor Osimhen açıb. Nigeriyalı forvard penaltini dəqiq yerinə yetirib.

“Sarı-qırmızılılar”ın yeni transferi Ahmet Kutucu da bu matçda debüt edib. O, sarı vərəqə ilə cəzalandırılıb. 

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Qalatasaray” bu qalibiyyətlə xallarının sayını 54-ə çatdıraraq, liderliyini davam etdirir.

Türkiyə Super Liqası
XXI tur

14:30. “Sivasspor” – “Kayserispor” – 5:2
17:00. “Alanyaspor” – “Başakşəhər” – 5:4
20:00. “Qalatasaray” – “Konyaspor” – 1:0

Azər Bağırov: “Önünümüzə baxmalıyıq” Duran "Real"ın maraq dairəsində Deyvisin durumuna aydınlıq gəldi “Leççe”dən “Mançester Yunayted”ə rədd cavabı Adeyemi “Napoli” yolunda
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью