“Qalatasaray”dan Mikautadze və Dibala açıqlaması

26.12.2024

Icma.az bildirir, Apasport portalına istinadən.

Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray”ın baş məşqçisi Okan Buruk bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı Jorj Mikautadze ("Lion") və Paulo Dibalanın ("Roma") transferi barəsində hələ ki heç bir təklifin olmadığını bildirib:

“Mikautadze bəyəndiyimiz futbolçudur. 3 ildir, biz onu yaxından izləyirik. O, vacib oyunçudur, lakin hazırda heç bir oyunçuya prioritet kimi yanaşmırıq. Dibala kimi bir oyunçunu hər bir baş məşqçi heyətində görmək istəyir. Amma təbii ki, bu, klubun iqtisadi gücündən aslıdır”.

Qeyd edək ki, “sarı-qırmızılılar” Türkiyə Super Liqasında 44 xalla 1-ci sırada qərarlaşıb.

Adı "Neftçi" ilə hallanan Terim Səudiyyə Ərəbistanı klubunu çalışdıra bilər "Fənərbaxça" 15 milyona transfer etdiyi futbolçunu göndərir Flik almaniyalı futbolçunu heyətində görmək istəyir Xviçanın yeni müqaviləsinin detalları bəlli olub “İnter”in yeni transfer hədəfi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью