“Qalatasaray”dan mövsümün ilk məğlubiyyəti

09.11.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Türkiyə Super Liqasının 12-ci turunda “Kocaelispor” öz meydanında “Qalatasaray”ı qəbul edib. 

QOL.az xəbər verir ki, qarşılaşma 1:0 meydan sahiblərinin xeyrinə yekunlaşıb. Matçın 45-ci dəqiqəsində Daniyel Aqyei matçın yeganə qolunun müəllifi olub. Beləliklə, sarı-qırmızılılar bu mövsüm liqada ilk dəfə uduzub. 

Qeyd edək ki, hazırda "Qalatasaray" 29 xalla 1-ci, "Kocaelispor" isə 14 xalla 11-ci pillədə qərarlaşıb.
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью