Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qalatasaray” klubu “Bavariya”nın futbolçusu Camal Musialanı transfer edəcəklərinə dair çıxan xəbərlərlə bağlı açıqlama yayıb.
Futbolpress.az xəbər verir ki, bu barədə “cim-bom”un mətbuat xidmətindən paylaşım edilib. Klub alman yarımmüdafiəçinin keçidinin gündəmdə olmadığını bildirib və xəbərləri yalanlayıb.
Dünən Musialanın “Qalatasaray”la anlaşdığı və yaxın günlərdə İstanbulda olacağı iddia edilmişdi.