Qalatasaraydan növbəti QƏLƏBƏ

08.11.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəlib.

"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi IV tura təsadüf edən ev oyununda rəqibini 3:2 hesabı ilə üstələyib.

"Sarı-qırmızılar"ın heyətində Yunus Akgün (6) və Viktor Osimhen (31,39) adlarını tabloya yazdırıblar.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi kollektiv cari mövsüm Avropa Liqasında ikinci qələbəsini qazanıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью