“Qalatasaray”dan növbəti qələbə

18.04.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Türkiyə Super Liqasında XXXII turun oyunları keçirilir.

Milli.Az xəbər verir ki, bu gün lider "Qalatasaray" meydana çıxıb.

Komanda "Bodrumspor"la qarşılaşıb. Görüşə "sarı-qırmızılılar" fəal başlayıblar.

İlk hissədə Lukas Torreyra fərqlənib. İkinci yarıda "Cimbom" daha bir qol vurub. Davinson Sançez komandasına qələbə qazandırıb - 2:0.

Bununla da, "Qalatasaray" "Fənərbaxça" ilə xal fərqini 6-ya yüksəldib.
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью