“Qalatasaray”dan Osimenlə bağlı açıqlama

07.05.2025

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin “Qalatasaray” klubundan Osimenlə bağlı açıqlama gəlib. Komandanın prezidenti Dursun Özbək 26 yaşlı nigeriyalı hücumçunun bonservisi üçün əlindən gələn hər şeyi edəcəyini deyib.

Yenisabah.az xəbər verir ki, İstanbul nəhəngi futbolçunun keçidi üçün “Napoli” ilə danışıqlar mərhələsindədir. İtaliya klubu Osimeni heyətində saxlamağa isti yanaşmır.

Neapol təmsilçisi Osimenin transferi üçün 70 milyon avro tələb edir. “Qalatasaray” azarkeşləri isə komanda rəhbərliyinin bank hesabı açmasını və hər bir azarkeşin həmin hesaba pul göndərməsini, bununla da lazımi məbləğin yığılacağını təklif edir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью