“Qalatasaray”dan səs küylü transfer planı Dünya ulduzu gəlir

08.10.2026

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qalatasaray” qış transfer dönəmində müdafiə xəttini gücləndirmək üçün dünya futbolunun tanınmış ulduzlarından birini heyətinə qatmaq istəyir. İstanbul klubunun hədəfində İngiltərə nəhəngi “Liverpool”un kapitanı Virgil van Dijkın olduğu iddia edilir.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, “Qalatasaray” rəhbərliyi təcrübəli stoper axtarışındadır. Əsas namizədlərdən biri kimi Virgil van Dijkın adı gündəmə gəlib.

35 yaşlı niderlandlı müdafiəçinin “Liverpool”la müqaviləsi mövsümün sonunda başa çatır. Bu amilin “Qalatasaray”ın transfer planında mühüm rol oynaya biləcəyi bildirilir.Transferlə bağlı diqqətçəkən məqam isə İlkay Gündoğanın prosesə cəlb olunmasıdır. İddiaya görə, hazırda “Qalatasaray”da çıxış edən 35 yaşlı yarımmüdafiəçi ilə Virgil van Dijk eyni menecerlik şirkəti ilə əməkdaşlıq edir. Marqarita pizza

Bu əlaqənin “Qalatasaray”ın transfer cəhdində mühüm amilə çevrilə biləcəyi qeyd olunur. İstanbul klubunun Virgil van Dijkı komandaya qoşulmağa razı salmaq üçün bütün imkanlarından istifadə edəcəyi gözlənilir.

Əsmətxanım Rzazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью