Qalatasarayən oyunçusu ZƏDƏLƏNDİ

10.01.2025

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray" Futbol Klubu, braziliyalı futbolçu Gabriel Sara-nın sağ diz iç yan bağlarında orta səviyyəli gərilmə və qanaxma müəyyən edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, "Ziraat" Türkiyə Kubokunun C qrupunda Rams Başakşehir ilə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda Sara, uzatma dəqiqələrində komandasına penalti qazandırdığı epizodda zədələnib. Futbolçu son iki gündə məşqlərdə iştirak edə bilməyib.

Bu vəziyyət, "Qalatasaray"ın qarşıdakı çətin oyun təqvimində həm texniki heyəti, həm də azarkeşləri narahat edir.

Seymur BƏNNAYEV 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью