“Qalatasaray”ı 6 snayper qoruyacaq

21.10.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ÇL çərçivəsində keçiriləcək "Lill" - "Qalatasaray" matçı öncəsi ev sahibi Fransada görünməmiş təhlükəsizlik tədbirləri görüb.

"Yeni Sabah" L'Equipe-ə istinadla xəbər verir ki, oyuna fövqəladə qüvvələr səfərbər olunub.

"Qalatasaray"ın məskunlaşacağı otelin damında 6 snayper keşik çəkəcək. Kafilenin mühafizəsinə Fransa Quru Qoşunlarından 250 xüsusi təlimli hərbçi təhkim olunub. Ərazidə asayişi qorumaq üçün isə əlavə olaraq 1000 nəfərlik Milli Jandarma və muhafizə dəstəsi cəlb edilib. Dördpendirli pizza

Fransa DİN-in oyunun təxirə salınmayacağını və planlaşdırıldığı kimi keçiriləcəyini bəyan edib. Türkiyə təmsilçisinin təhlükəsizliyi üçün ümumən 1250-dən çox hüquq-mühafizə əməkdaşı və hərbçinin fəaliyyət göstərəcəyi bildirilir.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью