“Qalatasaray”ı şəhərin digər komandasına dəyişir

01.07.2025

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 1 iyul, AZƏRTAC

“Qalatasaray” komandasının baş məşqçisi Okan Burukun gələcək planlarına daxil olmayan Kərəm Dəmirbay klubdan ayrılmaq üzrədir.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Eyüpspor”la anlaşıb.

O, İstanbul təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kərəm Dəmirbay ötən mövsüm “cim-bom” forması ilə 34 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью