“Qalatasaray”ın 75 milyona aldığı Osimhen zədələndi | Icma.az
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
DÇ-2026-nın 7-ci turunda Nigeriya ilə Ruanda arasında keçirilən oyunda Viktor Osimhen zədə alıb.
QOL.az xəbər verir ki, 27-ci dəqiqədə zədələnən Nigeriya millisinin və “Qalatasaray”ın ulduzu oyunu davam etdirə bilməyib və 36-cı dəqiqədə Sirel Desserslə əvəzlənib.
Matçdan sonra Nigeriya millisinin baş məşqçisi Erik Çell Osimhenin durumu barədə belə danışıb: “O, topuğunda ağrı hiss etdi.
Vəziyyəti sabah (bu gün - red.) qiymətləndiriləcək”. “Qalatasaray”ın baş məşqçisi Okan Buruk da Osimhenin zədələnməsi barədə danışıb.
O deyib: “Osimhenlə əlaqə saxladıq. Ayağında ağrı olduğunu öyrəndik. Hazırda dəqiq vəziyyəti bilmirik.
İmkan olarsa, ən qısa zamanda onu bura gətirib yoxlanışdan keçirmək istəyirik. Sabah daha dəqiq bilinəcək.
Ağrısı var və 2 gün sonra keçiriləcək oyuna çıxa bilməyəcək. Nə durumda olduğunu görəcəyik. Qarşıdan Çempionlar Liqası oyunları gəlir.
Tam oxu
Xəbəri oxu