Qalatasarayın baş məşqçisi: Havaya girmək niyyətimiz yoxdur

13.01.2025

Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.

 "Havaya girmək niyyətimiz yoxdur".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Başakşəhər"ə 2:1 hesabı ilə qalib gəldikəri oyundan sonra deyib.

Baş məşqçi bildirib ki, qalibiyyətdən sonra çempionluq yarışı ilə bağlı ucalan sədalara qulaqlarını qapayacaqlar: "Əlbəttə, məqsədimiz çempionluqdur. Lakin bu qələbə hələ heç nə demək deyil. Hələ heç nə bitməyib. Qətiyyən havaya girmək niyyətində deyilik. Çünki liqa 3 xallıq sistemdir və hər komanda ardıcıl qələbələrlə üstünülk sağlaya bilər. Unutmayaq, qarşıda 18 matç var...".

Fərid ASLAN 
MİAA.Z

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью