“Qalatasaray”ın əfsanəvi qapıçısı karyerasını bitirib

29.11.2026

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin “Qalatasaray” futbol komandasının sabiq qapıçısı Fernando Muslera peşəkar karyerasını başa vurduğunu açıqlayıb.

İdman.Biz xəbər verir ki, uruqvaylı qolkiper bu qərarını Argentinanın “Estudiantes” komandasının Libertadores Kubokunun finalında Braziliyanın “Palmeyras” klubuna məğlub olmasından sonra açıqlayıb.

Muslera futbolçu karyerasını başladığı ölkədə - Uruqvayda başa vurmağın onun üçün xüsusi məna daşıdığını və nəticədən asılı olmayaraq xoşbəxt ayrıldığını bildirib.

Peşəkar karyerasına “Montevideo Uonderers”də başlayan qapıçı “Nasional” və “Latsio” komandalarında da çıxış edib.

2011-ci ildə “Qalatasaray”a transfer olunan Muslera İstanbul təmsilçisində 14 mövsüm ərzində 550 qarşılaşmada iştirak edib. O, səkkiz Türkiyə çempionluğu, altı Türkiyə Superkuboku və beş Türkiyə Kuboku olmaqla 19 titul qazanıb.

Muslera həmçinin 443 qarşılaşma ilə Türkiyə Superliqası tarixində ən çox oyun keçirən əcnəbi futbolçu ünvanına sahib olub.

Uruqvay millisi ilə DÇ-2010-un yarımfinalına yüksələn qapıçı 2011-ci ildə Amerika Kubokunun qalibi adını qazanıb.

2025-ci ildə “Qalatasaray”dan ayrılaraq “Estudiantes”ə keçən Muslera Argentina təmsilçisi ilə üç titul əldə edib. Libertadores Kubokunun yarımfinalında isə “Flamenqo” ilə görüşün penaltilər seriyasında üç zərbəni dəf edərək komandasının finala yüksəlməsində mühüm rol oynayıb.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью