“Qalatasaray”ın etirazından sonra VAR hakimi ilə bağlı İddia

21.09.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Qalatasaray”ın Çempionlar Liqasında “Sportinq”lə keçirdiyi oyunun VAR hakimi Kristian Dinqertlə bağlı yeni iddia yayılıb.

Apasport.az xəbər verir ki, Türkiyə mətbuatında alman hakimin UEFA tərəfindən Çempionlar Liqası oyunlarından kənarlaşdırıldığı barədə məlumatlar yer alıb.

Lakin UEFA hələlik bununla bağlı rəsmi açıqlama yayımlamayıb.

Dinqert “Sportinq” – “Qalatasaray” matçında VAR hakimi kimi çalışıb. İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk qarşılaşmadan sonra alman hakimin bir sıra epizodlara müdaxilə etməməsini sərt tənqid edib.

“Qalatasaray” tərəfi görüşün baş hakimi Espen Eskasın idarəçiliyi ilə bağlı da UEFA-ya şikayət etməyə hazırlaşmışdı.

Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Sportinq”ə səfərdə 1:3 hesabı ilə uduzub.
 

“Qarabağ”ın legionerləri milli komandalarda AL: “Beşiktaş” “Marsel”i darmadağın etdi - YENİLƏNİB Rusiya millisi 4 ildən sonra bayraq və himnlə FIFA turnirində – AZƏRBAYCANDA U-18 millimiz təlim-məşq toplanışı keçirəcək AL: “Milan” “Benfika” ilə bacarmadı - YENİLƏNİB
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью