“Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində

29.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Qalatasaray”ın yarımmüdafiəçisi Aleksey Batrakov Avropanın aparıcı klublarının diqqət mərkəzinə düşüb.

Apasport.az xəbər verir ki, 21 yaşlı rusiyalı futbolçu ilə 10 Avropa klubu maraqlanır.

PSJ, “Liverpul”, “Arsenal”, “Mançester Siti”, “Çelsi”, “Mançester Yunayted”, “Nyukasl”, “Tottenhem”, “Brayton” və “Monako” Batrakovu transfer siyahısına daxil edib.

Avropa klublarının skautları gənc yarımmüdafiəçinin meydanı görmək bacarığını, ötürmələrinin dəqiqliyini və hücumların təşkilindəki rolunu yüksək qiymətləndirirlər.

“Liverpul”un futbolçuya marağı daha ciddidir. İngiltərə təmsilçisi noyabrın 3-də Çempionlar Liqasında keçiriləcək “Qalatasaray” – “Ştutqart” matçını yerində izləmək üçün İstanbul klubundan xüsusi loja ayrılmasını istəyib.

Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma məbləği nəzərdə tutulub. Futbolçu satılacağı təqdirdə, “Qalatasaray” transfer məbləğinin 15 faizini Moskva “Lokomotiv”inə ödəməli olacaq.

Qeyd edək ki, Batrakov cari mövsüm Türkiyə Super Liqasında keçirdiyi 7 oyunda 2 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında isə 3 qarşılaşmada 2 qol vurub.

“Qalatasaray”ın futbolçusu milli karyerasını başa vurdu La Liqa klubunda yeni təyinat - RƏSMİ Ronaldo Messini geridə qoydu – TARİXƏ DÜŞDÜ Futbolda qeyri-adi hadisə: Bir komanda 30 dəqiqə fərqlə iki oyuna çıxacaq İspaniyada faciə – Kral Kubokunun 24 oyunu təxirə salındı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью