Qalatasarayın futbolçusu ABŞ klubuna keçir

28.12.2024

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Qalatasaray"ın futbolçusu Vilfred Zaha karyerasını ABŞ-də davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Şarlott" 32 yaşlı vingeri transfer etmək istəyir. Bu barədə İngiltərənin "Daily Mail" nəşri məlumat yayıb.

Zaha bu mövsüm həm "Qalatasaray"da, həm də icarə əsasında çıxış etdiyi "Lion"da oyuna çıxıb. Fil Dişi Sahilindən olan futbolçu bu mövsüm Avropada başqa kluba keçə bilməz. Bu amilə görə təcrübəli oyunçu MLS təmsilçisinə keçməyə isti yanaşır.

Qeyd edək ki, "Qalatasaray" Vilfred Zahanı bu ilin avqust ayında "Lion"a icarəyə verib. Ulduz futbolçu Fransa klubunun heyətində keçirdiyi 6 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью