“Qalatasaray”ın futbolçusu “radar”da

27.10.2026

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov qışda klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Avropanın bir neçə klubu rusiyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Artıq bəzi komandaların skautlarının "Qalatasaray"ın oyunlarında Batrakovu izlədiyi bildirilir.

Qeyd edək ki, Aleksey ötən yay "Lokomotiv"dən "Qalatasaray"a keçib. O, Super Liqada 7 matçda 1 qol vurub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью