Qalatasarayın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçir

10.01.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Əl-Fateh" mərakeşli vingeri heyətinə qatmaq istəyir. Bu barədə ərəb mediası məlumat yayıb.

Ərəblər Ziyeşlə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. "Əl-Fateh" rəsmiləri Türkiyə klubu ilə danışıqları davam etdirir.

Qeyd edək ki, hakim Ziyeş 2023-cü ilin yayında "Çelsi"dən "Qalatasaray"a keçib. 31 yaşlı futbolçu bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qaləb. Onun klubla müqaviləsi mövsümün sonunda başa çatır.

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью