Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Türkiyəli futbolçu Barış Alper Yılmaz “Qalatasaray”dan ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, İngiltərənin “Vest Hem”, İtaliyanın “İnter” və Almaniyanın “Leypsiq” klubu cinah oyunçusu ilə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Barış klub rəhbərliyinə ayrılmaq istədiyini bildirib və təklifləri dəyərləndirəcək.
Barış başa çatan mövsümdə 48 oyunda 14 qol vurub, 6 məhsuldar ötürmə edib.