“Qalatasaray”ın futbolçusuna bahalı təklif

22.01.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qalasataray”ın cinah hücumçusu Barış Alpər Yılmaz İngiltərə klubunun radarına düşüb. “Vest Hem” 24 yaşlı vinqerin transferində maraqlıdır.

Xarici media xəbər verir ki, London təmsilçisi futbolçunun keçidi ilə bağlı İstanbul nəhənginə 30 milyon avro təklif edib. Lakin “Qalatasaray” klubu təklifi geri çevirib.

Qeyd edək ki, Barış Alper Yılmaz daha öncə də bir sıra Avropa komandalarının diqqət mərkəzinə düşüb. “Mançester Yunayted”in də oyunçu ilə maraqlandığı deyilir.

"Cebheinfo.az" 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью