“Qalatasaray”ın futbolçusuna qarşı 200 minlik dələduzluq

13.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qalatasaray”ın futbolçusu Mişi Batşuayi şikayət ərizəsi ilə Beşiktaşda məsləhət xidməti aldığı Hüseyn B. tərəfindən aldadıldığını iddia edib.

“Qafqazinfo” xəbər verir ki, o, 6 aylıq ev və avtomobil kirayəsi üçün 200 min avro ödədiyini, lakin bu pulun Hüseyn.B tərəfindən mənimsənildiyini bildirib.

Belçikalı forvard iddia edib ki, məsləhət xidməti göstərən adam ona nə ev, nə də avtomobil verib.

Bütün bunlara baxmayaraq pulunu da geri qaytarmayıb.

Batşuayinin şikayətindən sonra Hüseyn.B saxlanılıb. O, dindirildikdən sonra şərti azadlığa buraxılıb.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью