“Qalatasaray”ın futbolçusuna qarşı 200 minlik dələduzluq

13.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Qalatasaray”ın futbolçusu Mişi Batşuayi şikayət ərizəsi ilə Beşiktaşda məsləhət xidməti aldığı Hüseyn B. tərəfindən aldadıldığını iddia edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, 6 aylıq ev və avtomobil kirayəsi üçün 200 min avro ödədiyini, lakin bu pulun Hüseyn.B tərəfindən mənimsənildiyini bildirib.

Belçikalı forvard iddia edib ki, məsləhət xidməti göstərən adam ona nə ev, nə də avtomobil verib.

Bütün bunlara baxmayaraq pulunu da geri qaytarmayıb.

Batşuayinin şikayətindən sonra Hüseyn.B saxlanılıb. O, dindirildikdən sonra şərti azadlığa buraxılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью